29 
sen
2025
09:59
42

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Soyuqdəymə və qrip zamanı qadağan olunan qidalar

29 sen, 2025
09:59
942

İmmun hüceyrələrinin 80%-ə qədəri mikrobiotanın təsiri altında bağırsaqda əmələ gəlir. Buna görə sağlam bir həzm sistemi bədənin virus və bakteriyalara qarşı ümumi müdafiəsi üçün çox vacibdir.

Turkdunyasi.az championat.com-a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Yekaterina Kaşux izah edib.
Onun sözlərinə görə, soyuqdəymə və qrip zamanı bağırsaq sağlamlığını qorumaq xüsusilə böyük əhəmiyyət kəsb edir. Odur ki, trans yağlar, süni əlavələr və konservantlardan ibarət qidaları məhdudlaşdırmaq lazımdır.
Bu cür qidalar həzm sisteminə mane olur, selikli qişaları qıcıqlandırır, qida maddələrinin sorulmasını pozur ki, bu da xəstəlik zamanı xüsusilə təhlükəlidir.

Bizimlə əlaqə saxlayın