29 
sen
2025
13:54
59

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sabah yağış yağacaq

29 sen, 2025
13:54
759

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın