okt
2025
11:09
39

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Masallıda “Şəhidlər vətənin Zəfər rəmzidir” layihəsi çərçivəsində şəhid ailələri ziyarət olunub.

3 okt, 2025
11:09
839

Masallıda “Şəhidlər vətənin Zəfər rəmzidir” layihəsi çərçivəsində şəhid ailələri ziyarət olunub.
 
Masallı Dövlət Regional Kolleci və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə əməkdaşlığı ilə  Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən övladlarının əziz xatirəsini yaşatmaq və onların ailələrinə mənəvi dəstək olmaq məqsədilə “Şəhidlər vətənin Zəfər rəmzidir” layihəsi çərçivəsində sentyabr ayında anım günləri olan  şəhidlərinin ailə üzvləri ziyarət olunub.

Turkdunyasi.az xəbər verir ki, hər iki müəssisənin əməkdaşları şəhid Ağayev İdris Süleyman oğlu,Şahbazov Mübariz Tofiq oğlu,Həşimov Natiq Canəli oğlu, Hüseynov Zaur Vaqif oğlu,Abbasov İntiqam Yavər oğlunun yaxınlarına başsağlığı verərək, onların qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar. Görüşlər zamanı şəhidlərin şərəfli həyat yolundan, Vətən qarşısında göstərdikləri qəhrəmanlıqlardan danışılıb, ailələrə dərin ehtiram və minnətdarlıq ifadə olunub.

Bizimlə əlaqə saxlayın