okt
2025
12:43
109

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib-Foto

4 okt, 2025
12:43
11109

Yevlaxda 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

Turkdunyasi.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə  Abbasova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Yevlax rayon Komitəsinin sədri Seymur Novruzov, Yevlax rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər iştirak etmişlər.
         Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtramlarını bildirmişlər.
          Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,daha sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbirdə çıxış edərək 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik etmiş,onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Elnarə Əzizova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda həyata keçirilən uğurlu təhsil islahatlarından bəhs etmişdir.
          Bildirmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
           YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev çıxışında müəllimlik peşəsinin hər zaman ən ali, ən şərəfli və ən məsuliyyətli sahələrdən biri olduğunun qeyd edərək müəllimləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoydğu təhsil siyasətinin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. 
            Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əmək haqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu diqqətə çatdırmışdır. 
            Yevlax rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov bu əlamətdar gün münasibətilə təhsil işçilərini ürəkdən təbrik edərək, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Birinci Qarabağ müharibəsinin, 44 günlük Vətən müharibəsinin və 19-20 sentyabr antiterror əməliyyatlarının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, Gülövşə kənd tam orta ümumtəhsil məktəbinin Çağırışaqədərki hazırlıq rəhbəri İlkin Möhsümlü və digər müəllimlər təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlara, onlara göstərilən yüksək dövlət qayğısına və yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
         Sonda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edilmişlər.

Bizimlə əlaqə saxlayın