

E-mail: turkdunyasi.az@mail.ru
Masallı Dövlət Regional Koılecində “Müəllimlər günü” adlı tədbir keçirilib

03.10.2025-ci il tarixində Masallı Dövlət Regional Koılecində “Müəllimlər günü” adlı tədbir keçirilmişdir.
İlk Öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Turkdunyasi.az xəbər verir ki, Masallı Dövlət Regional Kollecin direktoru Rövşən Qurbanov müəllimləri təbrik edərək bildirmişdir ki, müəllimlik sadəcə bir peşə deyil, müqəddəs bir missiyadır.
Müəllim insanı insan edən, qaranlıqda işıq olan, gələcəyi qurmaq üçün fədakarlıqla çalışan bir ziyalıdır. Hər birimizin həyatında müəllimlərin izi, onların öyrətdiyi dərslərin dəyəri əvəzolunmazdır. İnkişaf etmiş, güclü cəmiyyətlərin təməlində müəllimlər dayanır. Verdikləri bilik, aşıladığları tərbiyə və dəyərlər gələcəyimizin güvənidir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Müəllimlik ən şərəfli peşədir.” Bu gün də həmin şərəfli peşəni daşıyan müəllimlərimiz gənc nəslin formalaşmasında misilsiz xidmətlər göstərirlər.
Azərbaycan yazıçılar birliyinin üzvü, ziyalı pedaqoq Soltanağa Cəfərov və əməkdar jurnalist, yazıçı, tərcüməçi Zakir Abbasov müəllimlər günü münasibətilə dəyərli müəllimləri təbrik etmişlər və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllimlərə ehtiram günü kimi qeyd olunduğunu, müəllim insanın həyatında ən müqəddəs yerdə dayandığını, ən böyük sərvətimiz, bilik və mədəniyyətimiz müəllimlərin zəhməti ilə formalaşdığını söyləmişlər.
Daha sonra kollecin tələbələrinin müəllimlərimiz üçün hazırladıqları çıxış və şeirlər səsləndirildi.
Sonda 5 oktyabr “Müəllimlər günü” münasibətilə gənc nəslin yetişdirilməsində göstərdikləri fədakar əməyə və yüksək peşəkarlığa görə bir sıra müəllimlər Fəxri Fərmanla rəğbətləndirildi.