okt
2025
23:37
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə təhsil ocağında maarifləndirici görüşlər təşkil olunub

7 okt, 2025
23:37
838

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Təzəkənd və Təzə Alvadı kənd tam orta məktəblərində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici görüşlər təşkil olunub

Turkdunyasi.az xəbər verir ki, çıxış edən polis əməkdaşları ümumbəşəri bəla olan narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, "ağ ölümün" insan orqanizminə vurduğu zərərlərdən, cəmiyyətə, genofonda mənfi təsirlərindən danışıblar.

Görüşlərdə, həmçinin erkən nikah hallarının fiziki və mənəvi-psixoloji cəhətdən səbəb olduğu ağır fəsadlardan, cəmiyyətin inkişafına, sağlam ailə modelinə yaratdığı təhlükələrdən söz açılıb.

Məktəblilərin müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb, maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Bizimlə əlaqə saxlayın