9 
okt
2025
12:04

33

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Bu rayonun icra başçısının müavini işdən çıxarılıb

9 okt, 2025
12:04
733
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.
Turkdunyasi.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərdən birinə direktor müavini təyin edilib.