10 
okt
2025
09:44
29

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qalmaqallı məktəb direktoru işdən çıxarıldı

10 okt, 2025
09:44
829

Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Turkdunyasi.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevaya aid səs yazısı yayılmışdı. Həmin səs yazısında direktorun məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalan ifadə verməyə təhrik etdiyi, lakin müəllimin buna razı olmadığı qeyd olunurdu.

Bizimlə əlaqə saxlayın