10 
okt
2025
10:48
46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

“Susqunluq zənciri: Təhsil sistemində şəffaflıq hardadır?”

10 okt, 2025
10:48
946

Mingəçevir şəhər Şəhid Natiq Qasımov adına 4 nömrəli məktəbdə baş verən hadisə göstərilən inkar cəhdlərinə baxmayaraq, tərəfimizdən faktlarla ictimaiətə təqdim edilmişdi.

Artıq məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Lakin Regional Təhsil İdarəsinin davam edən susqunluğu cəmiyyətdə haqlı suallar doğurur. Bu susqunluq — məsuliyyətdən yayınmaq, yoxsa müəyyən şəxsləri qorumaq cəhdidirmi? Hər iki halda, belə mövqe ictimai etimadı sarsıdır və şəffaflıq prinsipinə ziddir.

Hadisənin baş verdiyi məktəbin direktoru isə ilkin mərhələdə “belə bir şey yoxdur” deməklə faktı inkar edib. Bu, vəziyyətin ciddiliyinə laqeyd yanaşma kimi qiymətləndirilir. Ardınca Təhsil Sektoru mediaya yanlış məlumat verərək, guya Regional Təhsil İdarəsinin açıqlama yaydığını bildirib. Lakin sonradan bu məlumatın doğru olmadığı üzə çıxıb. Regional İdarənin özünün isə uzunmüddətli susqunluğu zəncirvari bir “qoruma mexanizmi” təəssüratı yaradır.
Kim kimi müdafiə edir?
Bu müdafiə hansı maraqlardan qaynaqlanır?
Bu suallar cavabsız qalır və təəssüf ki, cavabsızlıq özü artıq cəmiyyət üçün narahatedici bir məqamdır.
Əgər bu kimi hallarda heç bir rəsmi açıqlama verilmirsə, ictimaiyyətlə əlaqələr şöbəsi hansı fəaliyyətlə xidmət göstərir? Dövlət büdcəsindən əməkhaqqı alan bu struktur, cəmiyyət qarşısında məlumatlandırma və şəffaflıq borcunu yerinə yetirmirsə, bu, ciddi məsələdir. Təhsil kimi həssas bir sahədə niyə suallar cavabsız, məsələlər isə izahsız qalır?
Təhsil sektorunda baş verən hadisələrə dair ictimaiyyətin məlumatlandırılması və cavabdehlik nümayiş etdirilməsi zəruridir. Sükut və susqunluq, istər-istəməz, məsuliyyətin üzərindən qaçmaq təəssüratı yaradır.
Cəmiyyət cavab gözləyir — uşaqların təhlükəsizliyi, valideynlərin inamı və təhsilə olan etibar naminə şəffaflıq və hesabatlılıq artıq seçim deyil, tələbdir.

Mənbə: "OlkeMedia".az

Bizimlə əlaqə saxlayın