10 
okt
2025
11:43
80

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Anar Tağıyev Xaldan kəndində səyyar vətəndaş qəbulu keçirib -Foto

10 okt, 2025
11:43
980

Xaldan kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Xaldan kəndində keçirmişdir.

Turkdunyasi.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbulda kənd sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar, tövsiyələr verilmişdir.

Bizimlə əlaqə saxlayın