15 
okt
2025
13:10
30

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Cəbrayılda “Diqqət, uşaqlar!” tədbiri keçirilib

15 okt, 2025
13:10
930

Cəbrayılda “Diqqət, uşaqlar!” tədbiri keçirilib

Cəbrayıl rayon Mehdi Mehdizadə adına tam orta məktəbdə Cəbrayıl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” – çərçivəsində maarifləndirici tədbir keçirilib.

Turkdunyasi.az xəbər verir ki, tədbirin məqsədi məktəblilərdə yol hərəkəti qaydalarına əməl etmə bacarıqlarını artırmaq, uşaqlarda təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq olub.

DYP əməkdaşları şagirdlərə piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarının mənası, yol nişanlarının əhəmiyyəti və nəqliyyatda təhlükəsiz davranış barədə əyani şəkildə məlumat veriblər. Onlara gündəlik həyatda diqqətli olmağın və qaydalara əməl etməyin vacibliyi izah olunub.

Tədbirin sonunda şagirdlərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı yaddaş vərəqələri və bukletlər paylanılıb.

Bizimlə əlaqə saxlayın