18 
okt
2025
20:46
33

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Səhiyyə naziri Gəncədə üç tibb müəssisəsini ləğv edib

18 okt, 2025
20:46
833

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən üç tibb müəssisəsi ləğv olunub.

Turkdunyasi.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.
Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.
Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

Bizimlə əlaqə saxlayın