19 
okt
2025
15:48
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Hava ilə bağlı xəbərdarlıq

19 okt, 2025
15:48
837

Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın