

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda "İcbari tibbi sığorta" mövzusunda təlim keçirilib-Foto

Yevlaxda "İcbari tibbi sığorta" mövzusunda təlim keçirilmişdir
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında “İcbari Tibbi Sığorta” mövzusunda təlim keçirilmişdir.
Turkdunyasi.az xəbər verir ki, təlimdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Adil Həsənov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların, bələdiyyələrin məsul şəxsləri, və gənclər iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiriElnarə Əzizova çıxış edərək qonaqları salamlamış, belə tədbirlərin əhəmiyyətindən danışmış və bu cür tədbirlərin davam edəcəyini bildirmişdir.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Adil Həsənov çıxış edərək icbari tibbi sığortanın mahiyyəti, tibbi xidmətlərin əlçatanlığındakı rolu, özəl tibb müəssisələrində istifadəsi və xidmətlər zərfi haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb, mövzu ətrafında maarifləndirici müzakirələr aparılıb.




