23 
okt
2025
17:15
104

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Anar Tağıyev Ağqıraqlı kəndində növbəti səyyar qəbul keçirib -Foto

23 okt, 2025
17:15
8104

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Ağqıraqlı kəndində növbəti səyyar qəbul keçirmişdir

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Ağqıraqlı kəndində keçirmişdir.

Turkdunyasi.az xəbər verir ki, səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı sakinlərin təklif, müraciət və şikayətləri dinlənilərək,qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilmiş, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayonun aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Bizimlə əlaqə saxlayın