

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda Yeni Azərbaycan Partiyasının veteran üzvləri ilə görüş keçirilib.

Yevlaxda Yeni Azərbaycan Partiyasının veteran üzvləri ilə görüş keçirilib.
Turkdunyasi.az xəbər verir ki, YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü, İqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin və Sankt Peterburq Dövlət Maliyyə Universitetinin professoru Elnur Sadıqov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, partiyanın veteran üzvləri, idarə, müəssisə rəhbərləri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
Tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Yeni Azərbaycan Partiyası Azərbaycanın son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə -1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Daha sonra Azərbaycanın bütün şəhər və rayonlarında Yeni Azərbaycan Partiyasının təşkilatlanması prosesi başlamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ətrafında birləşən qədirbilən xalqımızın nümayəndələri illər sonra məhz düzgün tarixi qərar verdiklərinə şahidlik etmişdir. Müasir Azərbaycan Respublikasını yaradan və onu böyük inkişaf yoluna çıxardan dahi Heydər Əliyevin müdrik siyasətini bu gün Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirərək, öz ata vəsiyyətini peşəkar tarixi missiyası ilə yerinə yetirdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməklə xalqın qalib liderinə çevrildi. Hazırda Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət göstəriciləri daha da artmaqdadır. Partiyamızın veteran üzvləri hər zaman Ulu Öndərin siyasətinə sadiq qalaraq, sıralarımıza qoşulan gənclər üçün örnək nümunə olmuşdur. İnanırıq ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni nailiyyətlərə imza atacaqdır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü Elnur Sadıqov Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən geniş bəhs edərək, bildirdi ki, hazırda müstəqil Azərbaycana Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev başçılıq edir. Ulu Öndərimiz Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Gələcəkdə isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmək və Ulu Öndər Heydər Əliyev ideyalarını gələcək nəsillərə ötürməkdir.
Tədbirdə çıxış edənlər Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatının sədri Ceyhun İbişov, Yeni Azərbaycan Partiyasının veteran üzvü Şahin Kərimov və YAP fəalı Nilufər Abbasova vurğuladılar ki, Yeni Azərbaycan Partiyasının üzvləri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri göstərir. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən xəbər verir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının bir qrup veteran üzvü partiyanın ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub, xatirə şəkilləri çəkdirilib.













