

E-mail: turkdunyasi.az@mail.ru
Deputat Elman Nəsirovun qızı atasının toy fotolarını yaydı

Laləzar Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu bildirib.
Turkdunyasi.az xəbər verir ki, o, deputatın birinci nikahından dünyaya gəldiyini iddia edib.
Laləzər Əliyevanın sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım qeyd edib ki, Elman Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Hazırda isə çətin vəziyyətdədir.
Deputat Elman Nəsirov isə deyilənləri təkzib edib və videodakı xanımla bağlı aşağıdakıları bildirdi:
“Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim. Vəssalam.”
Laləzar Əliyeva isə sübut kimi valideynlərinin toyundan fotolar paylaşıb.







