25 
okt
2025
20:20
145

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Fəzail Ağamalı ilə oğlu arasında dava düşdü

25 okt, 2025
20:20
9145

Ana Vətən Partiyasının bu gün keçirilən növbəti qurultayında gərgin anlar yaşanıb.

Turkdunyasi.az Teleqraf-a istinadla xəbər verir ki, gərginlik partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında baş verib.
"Ciddi xoşagəlməz vəziyyət yarandı. Partiyanın ünvanına təhdid və böhtanlar səsləndirildi. Sədrliyə namizədlərin hüquqları Elçin Ağamalı tərəfindən pozulduğuna görə qurultay yarımçıq saxlanıldı. Mən qeyri-müəyyən vaxta qədər fasilə elan etdim. Hazırda mən sədr olaraq qalıram", - Fəzail Ağamalı bildirib.
Xatırladaq ki, bundan öncə Fəzail Ağamalının deputat qızı Günay Ağamalını sədr seçmək istədiyi, ancaq qurultay üzvlərinin Elçin Ağamalıya səs verdiyi haqda məlumat yayılmışdı. E.Ağamalı da faktı təsdiqləmişdi.

Bizimlə əlaqə saxlayın