

E-mail: turkdunyasi.az@mail.ru
Yevlax Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib-Foto

Yevlax Şəhər İcra Hakimiyyətində 2025-2026-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair müşavirə keçirilib.
Turkdunyasi.az xəbər verir ki, müşavirədə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqlar çərçivəsində Yevlaxda görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib və kommunal xidmət strukturlarına payız-qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün hazırlıq tədbirlərini sürətləndirməyi və müşahidə olunan nöqsanları qısa zaman ərzində aradan qaldırmağı tapşırıb.
Daha sonra payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin çıxışları dinlənilib və hazırlıqların vəziyyəti müzakirə olunub.
Müşavirəni yekunlaşdıran Şəhər rəhbəri payız-qış mövsümündə işlərin nümunəvi təşkili, yaranan problemlərin operativ həlli üçün xidmət sahələrinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb və bu barədə qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.






