29 
okt
2025
09:15
36

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Balakəndə polis “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirib

29 okt, 2025
09:15
636

Balakəndə polis “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirib

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən birgə profilaktik tədbir keçirilib. 

Bu barədə Turkdunyasi.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.  Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb. 

Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın