29 
okt
2025
17:35
47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq

29 okt, 2025
17:35
747

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Mətbuat.az-a MSK-dakı mənbə məlumat verib. Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq.
Məlumatlı şəxs bildirib ki, MSK-nin yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çemodan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb.
Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.

Bizimlə əlaqə saxlayın