

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda “Zəfər Günü şanlı tariximizdir” adlı tədbir keçirilib-Foto

Yevlaxda “Zəfər Günü şanlı tariximizdir” adlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən “Zəfər Günü şanlı tariximizdir” adlı tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Rəhimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.
Turkdunyasi.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin gedişində 8 Noyabr Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında Zəfər Gününün tarixi əhəmiyyətindən, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs etmiş, 8 Noyabr-Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi bu Qələbənin xalqımızın birliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümü olduğunu bildirmişdir.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Rəhimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşı Zəfər Hacıyev, Vətən müharibəsi şəhidi Ceyhun Əyyubovun anası Arzu Əyyubova çıxışlarında vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsində Möhtəşəm Zəfər əldə edilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.
Tədbirin bədii hissəsində Yevlax rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının və Aran musiqi məktəbinin şagirdlərinin təqdimatında səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.












