noy
2025
22:30
165

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Səs yazısı yayılan müəllimə Azər Qazıyevin qisasını almağa çalışır. TÖHMƏT VERİLDİ

4 noy, 2025
22:30
8165

Turkdunyasi.az xəbər verir ki, Olkemedia.az saytına etibarlı mənbələrdən daxil olan məlumata görə, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin müəlliməsi, 6 “C” sinfinin rəhbəri Könül Ağayeva məktəbdə etik davranış qaydalarına zidd hərəkətlərə yol verib. O, sinif rəhbəri olduğu şagirdlərin valideynlərini toplayaraq özbaşına iclas keçirib və toplantıda məktəbin coğrafiya müəlliməsi Rahimova Həbibə Yuldaş qızının işgüzar nüfuzuna xələl gətirən fikirlər səsləndirib.
Məlumata əsasən, Könül Ağayeva iclas zamanı Həbibə Rahimovanı hədəf alaraq onun barəsində mənfi fikirlər səsləndirib və bu zaman “Azer Qazıyev məsələsindən məlumdur, siz necə müəlliməsiniz” kimi ifadələr işlədib.
Xatırladaq ki, Azer Qazıyev adı çəkilən məktəbin sabiq direktorudur və məhz Həbibə Rahimovanın ötən il etdiyi əsaslı şikayət nəticəsində aparılan yoxlamalar zamanı onun fəaliyyətində ciddi nöqsanlar aşkar edildiyi üçün vəzifəsindən azad olunmuşdur.
Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Könül Ağayeva həmin ifadəsində Azər Qazıyevin adını çəkərək, təkcə həmkarına deyil, təhsil sistemində qərar qəbul edən rəhbər strukturlara da dolayı şəkildə prinsipial mövqe sərgiləmiş olur.
Halbuki, Azər Qazıyevin vəzifədən azad olunması barədə qərar yalnız məktəb səviyyəsində deyil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırma və rəsmi əsaslar nəticəsində verilmişdir.
Bu baxımdan, Könül Ağayevanın həmin fikri agentliyin obyektiv qərarına qarşı qərəzli yanaşma kimi qiymətləndirilə bilər ki, bu da pedaqoji etika ilə bir araya sığmır.
Redaksiyamızın əldə etdiyi məlumata görə, baş verənlərdən sonra məktəbin direktoru Zaur Müseyibov tərəfindən Könül Ağayevaya əmək məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilib.
Bundan əlavə, xatırladaq ki, bir neçə gün öncə Könül Ağayevanın səs yazısı sosial mediada yayılmışdı. Həmin səs yazısında müəllimə məktəbdə baş vermiş hadisə ilə bağlı məktəb direktoru və təhsil sektorunun müdiri barəsində xoşagəlməz və böhtan xarakterli ifadələr səsləndirirdi.
Könül Ağayeva yayılan səs yazısının “montaj” olduğunu iddia etsə də, bu iddiasını heç bir sübutla əsaslandıra bilməmişdir – nə məhkəmə qərarı, nə də fonoskopik və ya ekspert rəyinin mövcudluğu barədə fakt təqdim olunmamışdır.
Bütün bu hallar təhsil ocağında pedaqoji nümunə göstərməli olan bir müəllimin davranışında ciddi ziddiyyətlər olduğunu ortaya qoyur.
Məsələ ilə bağlı qanuna müvafiq tədbir gördüyü üçün məktəbin direktoru Zaur Müseyibova olkemedia.az redaksiyası adından təşəkkür edirik.

Bizimlə əlaqə saxlayın