

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi keçirilib-Foto

Yevlaxda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi keçirilib.-Foto
Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 8 Noyabr Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam keçirilir. Silsilə tədbirlərin davamı olaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyəti, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax rayonu üzrə Təhsil sektoru və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş rayon məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Sərgidə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax nümayəndəsi Günel Cəfərova, rayonun təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri və şagirdləri iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olunması və Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfərin əsərlərdə təbliğ edilməsi, eyni zamanda, xüsusi istedada malik uşaqların üzə çıxarılması, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verilməsidir. Tədbirdə həmçinin Yevlax rayonunda fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri mahnı və rəqs nömrələri nümayiş etdirmişlər.








