

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edilmişdir

Yevlaxda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edilmişdir
Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində ağacəkmə aksiyası təşkil edilmişdir.
Ağacəkmə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilmiş, əkilən ağaclara qulluq göstərilmişdir.







