6 
noy
2025
16:57

195

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Yevlaxda Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib-Foto

6 noy, 2025
16:57
8195
Yevlaxda Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “8 Noyabr Xalqımızın Milli Qürur günüdür” adlı tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri, Şəhid ailələri, müharibə əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək dahi şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummili Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək,
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə edilən Şanlı Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini diqqətə çatdırı. Ulu Öndər Heydər Əliyevin müqəddəs ideyalarının tarixi Zəfərin təməlini təşkil etməsindən danışıb, bu tarixin Azərbaycan xalqının taleyində əzəmət və qürurla dolu bir gün olduğununu vurğulayıb, xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi olan 8 Noyabr tarixinin hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunduğunu bildirib.
Qeyd edilib ki, bu Şanlı Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası, xalqımızın milli qürur və ləyaqətinin təntənəsidir. Zəfərdən sonra Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ötən beş ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son beş il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Qarabağda, Şərqi Zəngəzurda və azad torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri dövlətimizin iradəsini, xalqımızın gələcəyə olan inamını bir daha göstərir. İcra Hakimiyyətinin Başçısı onu da bildirib ki, Zəfər Günü təkcə bir hərbi qələbə deyil, həm də xalqımızın mənəvi dirçəlişinin, dövlətimizin qüdrətinin və milli birliyimizin rəmzidir. Bu qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib, hazırda Şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə qürurla dalğalanır.
İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə milyonların rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müasir dövrümüzün ən nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Onun mərhəmət, şəfqət və humanizmə əsaslanan fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan cəmiyyətinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti olmaqla yanaşı, tarix yazan sərkərdənin həyat yoldaşı və gözəl anadır. Mehriban xanım Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevlə birlikdə dövlətimizin idarə olunmasında, beynəlxalq arenada onun tanınmasında, tərəqqisində, beynəlxalq imicinin yüksəldilməsində və quruculuq fəaliyyətində uğurlu addımlar atmşdır. Milli-mənəvi dəyərlərin qorunması, təhsilin inkişafı, tarixi abidələrin mühafizəsi, milli musiqimizin inkişafı, xeyirxah layihələrin hazırlanması Mehriban xanım Əliyevanın çoxtərəfli fəaliyyətinin əsas istiqamətlərindəndir.
Son illərdə Qarabağda bərpa-quruculuq işlərinin uğurla aparılması, Mehriban xanımın cənab Prezidentlə həmin bölgələrə səfərləri və orada yaşayış komplekslərinin, müxtəlif ictimai yüklü obyektlərin açılışı bizi qayıdışa daha da ilhamlandırır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın sosial-mədəni inkişafında, eləcə də şəhid övladları, ailələri ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsində böyük rol oynayır.
Milli Məclisinin deputatı, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsinin Şəhidi Ceyhun Əyyubovun anası Arzu Əyyubova, Birinci Qarabağ müharibəsinin veteranı Polad Mirzəyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı, Vətən müharibəsinin veteranı Hikmət Kazımlı, Qaraoğlan kənd tam orta ümumitəhsil məktəbinin tarix müəllimi Leyla Həsənova öz çıxışlarında Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şücaətdən danışaraq bildirmişlər ki, hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğurmuş, xalqın öz Liderinə inamını daha da gücləndirirdi. Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulanıb.
Şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları onlara göstərdikləri qayğıya, diqqətə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Zəfərimizin 5-ci illinə həsr olunmuş qəhrəman şəhid və qazilərimizin döyüş yolu, xalqın mübarizə əzmi və qələbə sevincini əks etdirən film nümayiş etdirilib.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında Zəfər gününə həsr edilmiş şerlər olunmuş və kompozisiya nümayiş etdirilmişdir.











