noy
2025
23:10
12

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Mingəçevir 4 nömrəli məktəbin direktoru vəzifəsinin öhdəsindən gələ bilmir.

6 noy, 2025
23:10
712

Mingəçevirdə məktəbdə təhlükəsizlik sisteminin zəifliyi artıq cəmiyyətin narahatlığına çevrilib.

Turkdunyasi.az Olkemedia.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbdə yenidən şagirdlər arasında dava baş verib. Hadisə zamanı bir şagird xəsarət alıb.
Son günlər bu məktəbdə baş verən xoşagəlməz hadisələrlə medianın gündəmindən düşməyən təhsil ocağında vəziyyət getdikcə daha da gərginləşir. Hadisələr bitmək bilmir ki, bilmir.
Faktlardan məlumdur ki, son bir ay ərzində eyni məktəbdə dəfələrlə oxşar hallar yaşanıb və şagirdlər xəsarət alıblar. Bütün bu hadisələr göstərir ki, məktəbdə şagirdlərin həyatı real təhlükə altındadır. Tədris müəssisəsində nizam-intizamın pozulması və təhlükəsizliyin zəifliyi ciddi idarəçilik boşluqlarının bariz göstəricisidir.
Məntiqi suallar yaranır:
Bu necə olur ki, eyni məktəbdə ard-arda şagird insidentləri yaşanır?
Məktəbin rəhbər heyəti nəzarəti gücləndirmək üçün hansı tədbirləri görür?
Əgər tədbir görülürsə, nəyə görə hələ də bu kimi hallar baş verir?
Bir ay ərzində eyni təhsil müəssisəsində dəfələrlə şagirdlərin xəsarət alması ilə nəticələnən hadisələr yaşanırsa, məktəb rəhbərliyi ilə bağlı ciddi araşdırmalar aparılmalı və nəticələr ictimaiyyətə təqdim edilməlidirmi?
Aidiyyəti qurumlar bu məktəbdə ciddi yoxlama aparmalıdır. Bugün “xəsarət alıb” deyib keçmək, sabah baş verə biləcək faciənin qarşısını almaq demək deyil.
Bütün bu hadisələr artıq təsadüf deyil — sistemli məsuliyyətsizliyin, laqeydliyin və nəzarətsizliyin nəticəsidir. Uşaqların təhlükəsizliyi təmin olunmadıqca, təhsil prosesindən danışmaq mümkündürmü?


MƏRKƏZİ ARAN REGİONAL TƏHSİL İDARƏSİNİN AÇIQLAMASI
Mingəçevir şəhərində Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında baş vermis mübahisə zamanı birinin digərinə yüngül xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb. Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, hadisə 4 noyabr tarixində tənəffüs zamanı baş verib. Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb və müayinədən sonra evə buraxılıb. Hadisədən sonra şagirdlərin valideynləri məktəbə çağırılıb və onlarla söhbət aparılıb. Qeyd edirik ki, xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Məktəblilərin yeniyetməlik dövrü olduğunu nəzərə alaraq, ictimaiyyətdən bu mövzuda daha həssas davranmasını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad olunmasını xahiş edirik.

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN AÇIQLAMASI

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Mingəçevir şəhərində məktəblinin xəsarət alması ilə bağlı ərazi polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul ediləcək.

Bizimlə əlaqə saxlayın