

E-mail: turkdunyasi.az@mail.ru
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid anasını yaşadığı evdə ziyarət edib-Foto.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid anasını yaşadığı evdə ziyarət etib.
Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Rəşad Budaqovun anası Sədaqət Budaqovanı səhhətində yaranmış problemlə əlaqədar yaşadığı ünvanda ziyarət edərək, onun qayğıları ilə maraqlanmışdır.
Görüş zamanı Şəhər rəhbəri dövlətimizin Şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin uca tutulduğunu bildirmiş, Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.
Şəhid anası Sədaqət Budaqova hazırda səhhətinin yaxşılaşdığını bildirmiş, şəhid ailələrinin üzvlərinin sağlamlığının daim diqqətdə saxlanılmasına, onların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsinə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Şəhid mayor Budaqov Rəşad Ramiz oğlu Vətən Müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.




