noy
2025
17:38
144

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Balakəndə vətəndaşları maarifləndirdi

7 noy, 2025
17:38
7144

“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Balakəndə vətəndaşları maarifləndirdi

Kiber oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, bu sahədə sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub. 

Bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub, həmçinin sakinlərə yaşadıqları ünvanlarda internet resursları üzərindən törədilən cinayətlərlə bağlı məlumatverici broşürlər paylanılıb. Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, mobil internetin sürətinin artırılması ilə bağlı gələn şübhəli mesajlarda linklərə keçid etməməli, alış-veriş saytlarında məhsula baxış keçirmədən tanımadıqları şəxslərə beh göndərməməli,  sosial şəbəkələrdə aşağı faizlə kredit təklif edən dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.

Bizimlə əlaqə saxlayın