noy
2025
18:51
211

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda 9 Noyabr-Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib-Foto

9 noy, 2025
18:51
7211

Yevlaxda 9 Noyabr-Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir. 

Turkdunyasi.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbin direktoru Günel Yusifzadə, məktəbin kollektivi, şagirdləri və rayonun bir sıra ümumtəhsil məktəblərinin direktorları iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.  Dövlət Bayrağı Günü Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Əldə edilmiş zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Artıq 5 ildir ki, Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. 
Sonra çıxış edən Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Xaldan kənd kompleks tam orta məktəbin təşkilatçı müavini Asudə Cabbarova, Xaldan kənd kompleks tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 44 günlük Vətən müharibəsi veteranı Nemət Mahmudov çıxışlarında Dövlət Bayrağının tarixindən, onun əhəmiyyətindən danışaraq, belə tədbirlərin şagirdlərdə milli kimliyə, dövlətçiliyə və vətənpərvərliyə dərin sevgi aşıladığını qeyd etmişlər.Həmçinin bildirmişlər ki,Dövlət Bayrağı Günü hər bir vətəndaş üçün qürurverici an, şərəfli tarix və əlamətdar hadisədir. Milliliyimizin və kimliyimizin simvolu sayılan, müstəqilliyimizin və azadlığımızın rəmzi olan üçrəngli bayrağımız hər birimizə doğma və əzizdir. Yeniyetmə-gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək təhsil müəssisələrinin üzərinə düşən ən önəmli vəzifələrdən biri sayılır və bu mənada bugünkü tədbirin böyük maarifləndirici əhəmiyyəti vardır. Müstəqilliyimizin rəmzlərindən sayılan üçrəngli bayrağımıza rəğbət və hörmət etmək, onu qorumaq vətəndaşlıq borcumuzdur və bu borcumuzu ləyaqətlə yerinə yetirməliyik. 
Tədbirdə Xaldan kənd kompleks tam orta məktəbin şagirdlərinin ifasında Dövlət Bayrağı Gününə həsr olunan şeirlər, mahnılar səsləndirilmiş, ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Bizimlə əlaqə saxlayın