

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda Zəfər Gününə həsr edilən möhtəşəm konsert keçirilib

Yevlaxda Zəfər Gününə həsr edilən möhtəşəm konsert keçirilib
Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin beşinci ildönümünə həsr edilən möhtəşəm konsert proqramı təşkil olunmuşdur.
Konsertdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yevlax şəhərindəki Əyləncə parkında təşkil olunan bayram konsertində Zəfər Günü münasibətilə təbriklər səsləndirilib, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərin tarixi əhəmiyyətindən danışılıb, öz qanları və canları ilə bizə bu Qələbəni bəxş edən Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə isə şəfa dilənib. Şəhid ailələri və qazilər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqları qeyd edilib.
Respublikamızın əməkdar arstisti Nigar Şabanova, populyar müğənnilər Nadir Qafarzadə, Xatun Əliyeva, İlkin Dövlətovun, Sabir Hüseynovun ifasında səsləndirilən mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramı atəşfəşanlıqla başa çatıb.

















