11 
noy
2025
15:18
148

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Mingəçevir şəhərinin 77- yaşı ilə bağlı icra başçısının təbriki

11 noy, 2025
15:18
9148

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhərin 77 illiyi münasibəti ilə mingəçevirlilərə təbriki.

Türkdunyasi.az həmin təbriki təqdim edir. Əziz Mingəçevirlilər! Hörmətli dostlar! Bu gün doğma Mingəçevirimizin şəhər statusu almasının 77 ili tamam olur. 77 il bundan əvvəl- 1948-ci il noyabrın 11-də Mingəçevirə şəhər statusu veriləndə burada təxminən 20-30 minə yaxın əhali məskunlaşmışdı. Bu sakinlər, ətraf bölgələrdən tikinti quraşdırma işlərinə cəlb olunmuş inşaatçılar, mühəndis-texniki işçilər, fəhlələr şəhərsalma proqramına uyğun olaraq həyata keçirilən quruculuq işlərində iştirak edirdilər. Kür çayı üzərində, Zaqafqaziyada nəhəng Su Elektrik Stansiyasının tikintisi aparılırdı. Ardıcıl olaraq məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Yeni iş yerləri açılır, şəhərdə əhalinin sayı artır, ticarət, ictimai-iaşə obyektləri fəaliyyətə başlayırdı. Bu inkişaf daha çox 1960-80-ci illər arasında böyük vüsətlə davam etmişdi. Yeni sənaye müəssisələri istifadəyə verilir, Azərbaycan İstilik Elektrik Stansiyasnın tikintisinə təcrübəli mütəxəssislər, işçilər cəlb olunurdu. Həmin dövrdə, yəni 1969-cu ilin iyul ayından 1982-ci ilə qədər Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir yeni mərhələyə qədəm qoyurdu. Çoxmərtəbəli yaşayış binaları şəhərin hüsnünə yaraşıq verir, Azərbaycan İstilik Elektrik Stansiyasnın blokları işə salınırdı. Azərkabel, Azərelektroizolit, şüşə-lifi zavodları, toxuculuq kombinatı, texniki-rezin, yol maşınları, təcrübi-sınaq kimi böyük müəssisələrin istehsal gücləri artırılırdı. Ulu öndərin şəhərimizə səfərləri zamanı yeni-yeni təhsil, mədəniyyət, ticarət ocaqlarının bünövrələri qoyulur, açılışı olurdu. Biz hər zaman ulu öndərə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da ölkədə əmin-amanlıq, sabitlik bərqərar olunmaqla, dinc quruculuq işləri geniş vüsət aldı. Şəhərdə sənaye müəssisələrinin işi nəzarətə götürülməklə, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər görülməyə başladı. Kür çayı üzərində müasir tələblərə cavab verən körpünün salınması, Bozdağın ətəklərinin yaşıllıq zolağına çevrilməsi, burada insanların istifadəsi üçün torpaq sahələrinin ayrılması, çoxmərtəbəli yaşayış binalarının tikilib istifadəyə verilməsi, dövrün tələblərinə uyğun park və xiyabanların salınması bunun əyani sübutudur. Ulu öndər Mingəçevirə və mingəçevirlilərə hər zaman qayğı göstərib. Bu diqqət və qayğının nəticəsidir ki, mingəçevirlilər ulu öndərin xatirəsinin yad edilməsi məqsədi ilə şəhərin iki yerində heykəlinin qoyulmasına nail olmuş, möhtəşəm Heydər Əliyev Mərkəzinin yaradılmasını, adına prospekt və küçələrin verilməsini həyata keçirmişlər. Mübaliğəsiz demək olar ki, Mingəçevirin bu günkü inkişafında ulu öndərin layiqli davamçısı İlham Əliyevin xüsusi xidmətləri var. Onun hakimiyyətdə olduğu illər ərzində şəhərin siması yenilənmiş, hüsnünə yaraşıq gətirən əlavələr edilmişdir. Mingəçevir mədəni-kütləvi-idman tədbirlərin keçirilməsi üçün etibarlı məkan sayılır. 2015-ci ildə su idmanı üzrə Avropa birinciliyinin, 2017-ci ildə İslam Həmrəyliyi ölkələrinin İdman yarışlarının, 2025-ci ildə MDB Oyunlarının 4 növünün, eləcə də digər mötəbər yarışların Mingəçevirdə keçirilməsi bunun bariz nümunəsidir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun güclənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, zəfər dolu qələbələrlə düşməni torpaqlarımızdan qovub çıxarması, 30 ilə yaxın işğal altında qalan yurd-yerlərimizin azad olunması, Azərbaycanımızın suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması bizə böyük güc və qüvvət verir. Azərbaycanın hər qarış torpağı bizim üçün müqəddəsdir. Bu müharibələrdə Mingəçevir şəhidlər verdi. Qazilərimizə qayğı hər zaman davam edir. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik. Bu il xalqımız böyük Zəfər bayramının beşinci ildönümünü təntənə ilə qeyd etdi. Bu möhtəşəm tədbir münasibəti ilə keçirilən Zəfər Paradında cənab Prezidentimizin çıxışı, qardaş ölkələrin – Türkiyə və Pakistan dövlətlərinin rəhbərlərinin iştirak etməsi bizə xüsusilə fərəh bəxş etdi. Mingəçevirlilər də Zəfər paradını qürur hissi ilə izlədilər. Zəfərimizin ildönümü Mingəçevirdə də yüksək coşqu ilə qeyd olunub. Şəhərimizi gözəlləşdirmək, insanların məmnunluq hisslərini artırmaq qarşımızda duran ən böyük məqsədlərdəndir. Cənab Prezidentin tapşırığına müvafiq olaraq son illərdə bir sıra quruculuq işləri görülmüş, insanların arzu və istəkləri yerinə yetirilmişdir. Yeni parkların, xiyabanların salınması, müasirləşməsi, yaşayış binalarının əsaslı təmir edilərək nümunəvi hala gətirilməsi, insanların istirahətlərinin təşkili üçün kölgəliklərin, oturacaqların qoyulması, idman qurğularının, əyləncə vasitələrinin quraşdırılması, küçə və məhəllələrə müasir işıqlanma sisteminin çəkilməsi böyük sevgi və razılıqla qarşılaır. Kanalizasiya sisteminin yenidən qurulması davam edir. Şəhərin demək olar ki, bütün ərazilərində işıqlanma nöqtəsi mövcuddur. Energetiklər, Bağlar, Tərəvəzçilik sovxozu, Tingçilik, Mingəçevir kəndi, Samux və bir sıra digər yaşayış massivlərində küçələr asfalt örtüyü ilə qaydaya salınmışdır. Bu istiqamətdə işlər davam etdirilir. Bütün bu işlərdə şəhər sakinlərinin böyük əməyi və doğma şəhərimizə sevgisi hiss edilir. Yaradan, quran əlləriniz var olsun, əziz mingəçevirlilər!
Şəhərimizin 77 illiyi münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, Sizlərə möhkəm can sağlığı, xoşbəxt həyat arzulayıram. Həmişə öndə olaq, Vətənimizin rifahı naminə cənab Prezidentimizin ətrafında sıx birləşərək yeni-yeni uğurlar əldə edək! Bayramınız mübarək!

Bizimlə əlaqə saxlayın