12 
noy
2025
16:33
273

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İsmayıllı rayon mərkəzi xəstəxanası “TƏBİBİ” vecinə almır:-Bu nə qanunsuzluqdur?

12 noy, 2025
16:33
7273

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında nə baş verir?

Etibarlı mənbəmizdən daxil olan məlumata görə dünən 11 noyabr 2025-ci il tarixində İsmayıllı rayon mərkəzi xəstəxanasında doğuş zamanı anada qanaxma baş verib.Məlahət həkimin iştirakı ilə baş verən doğuşdan sonra xəstə İsmayıllı təcili tibbi yardım avtomobili ilə Ağsu rayonuna aparılıb və hazırda orada ginokalogiya şöbəsində müalicə olunur.

Turkdunyasi.az xəbər verir ki, mənbə bildirir ki, bu addım qanunsuz olaraq atılıb.Çünki qanaxmalı xəstəni bir yerdən başqa yerə aparmağı Təbib qəti şəkildə qadağan edib.Belə xəstələrin üstünə digər rayonlardan həkim briqadaları gəlməlidir.Ancaq İsmayıllı rayon mərkəzi xəstəxanası Təbibi məlumatlandırmamış qanunsuz olaraq addım atıb.Xəstə Ağsu xəstəxanasında ginokoloji xəstə kimi qeydiyyata alınıb və hər-hansı qanköçürmə həyata keçirilməyib.
Mənbə bildirir ki, hazırda Məlahət həkim Təbibdə işləyən Hicran xanımla əlaqəyə girib və baş verənlərin ört-basdır olunmasına çalışır və Hicran xanım söz verib ki,bu işdə ona kömək edəcək.Qeyd edək ki,son illər İsmayıllı rayon mərkəzi xəstəxanasında doğum şöbəsində xeyli qanunsuz işlər həyata keçirilib və bu üzdən ana-uşaq ölümləri çoxalıb.Ümumiyyətlə rayon əhalisi doğum şöbəsinin fəaliyyətindən çox narazılıq edir.Hazırda Ağsu rayon mərkəzi xəstəxanası doğum şöbəsinin müdiri Sevinc Seyidəliyevadır və həmin həkim bir müddət əvvəl İsmayıllı rayon mərkəzi xəstəxanasında doğum şöbəsində şöbə müdiri vəzifəsindən azad olunmuşdur.Çünki xanım həkimin əlində doğum zamanı ana ölümü baş verib və həmin məsələ ilə bağlı hələ də İsmayıllı rayon məhkəməsində proses davam edir.Hesab edirik ki,Təbib dərhal bu məsələyə müdaxilə etməli və lazımi tədbirlər görməlidir.
Nəzərinizə çatdıraq ki,xəstə İsmayıllı rayon Uştal Qışlaq kənd sakini ƏliRzayeva Çimnaz Mahir qızıdır


Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Bizimlə əlaqə saxlayın