12 
noy
2025
16:42
172

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda 12 Noyabr–Konstitusiya Günü münasibətilə tədbir keçirilib-Foto.

12 noy, 2025
16:42
8172

Yevlaxda 12 Noyabr–Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətində 12 Noyabr–Konstitusiya Günü münasibətilə “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndərin Şah əsəridir” adlı tədbir keçirilmişdir.

Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid ailələrinin üzvləri, Qazilər, veteranlar, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak etmişlər.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Azərbaycan Konstitusiyasının yaranma tarixindən, onun dövlətimizin inkişafındakı rolundan və ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan bəhs edib. Bildirib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmış, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının əsas təminatçısıdır. Ümummilli Liderimiz Heydər Əliyevin 6 fevral 1996-cı il Sərəncamı ilə noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü elan edilmişdir.
Şəhər İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində işğala son qoyularaq, ərazi bütövlüyümüz təmin edildikdən sonra respublikamızın bütün bölgələrində Konstitusiya quruluşu bərpa edilib. Bu gün Konstitusiya Günü ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur. Cənab Prezidentimizin rəhbərliyi ilə bu gün ölkəmizdə aparılan islahatlar qanunun aliliyinə əsaslanmaqla, dövlətimizin çiçəklənməsinə və xalqın sosial rifahının yüksəldilməsinə xidmət edir. Qanunlara hörmət, dövlətə sədaqət və Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilmişdir.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov, Yevlax rayon prokuroru Ceyhun Almasov, Yevlax Rayon Məhkəməsinin sədri Ruslan Əlizadə, Yevlax rayon Hürüuşağı kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Əfsanə Quliyeva, “Əməkdar mədəniyyət işçisi” Eldəniz Mustafayev çıxış edərək bildiriblər ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edib. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olaraq demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulmasına hüquqi əsas yaradıb.
Çıxış edənlər vurğulamışlar ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkədə mövcud olan xaos və parçalanma təhlükəsindən xilas olmaq üçün xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizi inkişaf yoluna çıxarıb, qanunun aliliyini təmin edən və hüquqi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına şərait yaradıb.
Çıxışlarda həmçinin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəliklərin vurğulanması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. Cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu - Azərbaycan Respublikası Konstitusiyası daha da təkmilləşdirilərək insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına geniş imkanlar yaratmışdır.

Bizimlə əlaqə saxlayın