15 
noy
2025
18:07
129

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlax şəhərində növbəti küçəyə yeni asfalt örtüyü salınıb-Fito

15 noy, 2025
18:07
7129

Növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır

Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə şəhərin küçələrində asfaltlanma işləri davam etdirilir. 

Görülən işlər çərçivəsində şəhərin Çənlibel yaşayış massivində uzunluğu 520, eni 7 metr olan S.Ruhulla küçəsinə giriş-çıxış yolları da daxil olmaqla ümumilikdə 3990 kv metr yeni asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, S.Ruhulla küçəsinə sonuncu dəfə 1980-ci ildə asfalt örtüyü vurulmuşdur. Uzun illər istismar olunduğundan yol yararsız hala düşmüşdür.
Şəhərin küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.

Bizimlə əlaqə saxlayın