E-mail: [email protected]
Rusiya nüvə silahından istifadə edəcək? - AÇIQLAMA
“Rusiyada heç kim Ukrayna müharibsəində nüvə silahından istifadə haqqında düşünmür”.
Turkdunyası.az TASS agentliyin isinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov PBS telekanalına müsahibəsində bildirib.
Aparıcı Rusiya Prezidenti Vladimir Putinin münaqişəyə üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə ölkəsinin nüvə silahından istifadə edəcəyi haqqında çıxışını xatırladıb.
“Xeyr, mən belə düşünmürəm. O, kifayət qədər qətiyyətlə dedi ki, qarışmağa ehtiyac yoxdur. Əgər bunu etsəniz, bunun qarşısını almaq və müdaxilə etmək istəyənlərin hamısını cəzalandırmaq üçün hər cür imkanımız var”, - Peskov bildirib.
Bir müddət əvvəl Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, heç kim müharibə istəmir, lakin nüvə münaqişəsi təhlükəsi həmişə var.