19 
noy
2025
15:56
73

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Goranboyda təhsil müəssisələrinin rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirildi

19 noy, 2025
15:56
873

Goranboyda təhsil müəssisələrinin rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirildi

Turkdunyasi.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə təhsil müəssisələrinin rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirildi. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən
görüşün məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır. Görüşdə “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar oldu.

Bizimlə əlaqə saxlayın