20 
noy
2025
23:03
186

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Nərgiz Həsənova şinin peşəkarı Təhsil Fədaisidir.

20 noy, 2025
23:03
7186

Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbin direktoru Nərgiz Həsənovanın təhsildə fədakar əməyi

Bərdə rayonunun təhsil sistemində xüsusi yeri olan E.Əsədov adına Türkmən kənd tam orta məktəbinin direktoru Nərgiz Həsənova uzun illərdir ki, pedaqoji fəaliyyətini yüksək peşəkarlıq, məsuliyyət və fədakarlıq prinsipləri üzərində qurur. O, həm məktəbin idarəetməsində, həm də tədris mühitinin keyfiyyətinin yüksəldilməsində ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir.

Turkdunyasi.az xəbər verir ki, Nərgiz Həsənovanın əsas fəaliyyət istiqamətlərindən biri məktəbdə sağlam, səmərəli və innovativ tədris mühitinin yaradılmasıdır. Onun rəhbərliyi dövründə məktəbin maddi-texniki bazası gücləndirilmiş, tədris prosesində müasir metodlara üstünlük verilməsi təmin olunmuşdur. Şagirdlərin bilik və bacarıqlarının inkişafı üçün müxtəlif layihələr, fənn olimpiadalarına hazırlıq proqramları və əlavə məşğələlər təşkil olunmuşdur.

Direktorun şagirdlərə göstərdiyi qayğı və diqqət, onların təhsildə uğur qazanmasına yönəlmiş praktik addımlarla müşayiət olunur. Nərgiz Həsənova müəllim kollektivinin səmərəli fəaliyyətinə xüsusi əhəmiyyət verir, onların peşəkarlığının artırılması üçün təlim və seminarların keçirilməsinə şərait yaradır. Bu isə məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə, şagird nailiyyətlərinin artmasına müsbət təsir göstərir.

O, təhsil sahəsində dövlət siyasətinə sadiq olaraq, cənab Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının bölgələrdə uğurlu şəkildə icrasını təmin etməyə çalışır. Nərgiz Həsənovanın rəhbərliyində məktəbdə milli-mənəvi dəyərlərin təbliği, şəhid ailələrinə və qazilərə hörmət və ehtiramın aşılanması xüsusi yer tutur.

Məktəbin əldə etdiyi uğurlar, şagirdlərin ali məktəblərə qəbul göstəricilərindəki yüksəliş, keçirilən tədbir və layihələrin səmərəliliyi direktorun fədakar əməyinin bariz nəticəsidir. Nərgiz Həsənova müəllimlik peşəsinə sevgi, idarəetmədə dürüstlük və insanlarla ünsiyyətdə səmimiliyi ilə həm kollektivin, həm valideynlərin, həm də kənd ictimaiyyətinin dərin rəğbətini qazanmışdır.Nərgiz Həsənovanın uğur və nailiyyətləri:2010-cu ildə Qabaqcıl təcrubəm Muəllimlər institunu tərəfindən yayılıb və haqqımda Peşəsinin vurğunu adlı kitab yazılıb.2011-ci Ən yaxşı müəllim müsabiqəsinin qalibi,
2011-ci ildə prezident İlham Əliyevin  sərəncamı ilə Əməkdar Müəllim. 
2012-ci il Respublika Bilik fondunun üzvü Təhsil nazirliyi tərəfindən 
2012-ci ildə 1-ci sinif Riyaziyyat dərsliyinin və Müəllimə kömək vəsaitinin müəlliflərindən biri Təhsil nazirliyi dərslik layihəsinin qalibi.
2013-cu il Azərbaycan dilindən didaktik materiallar kitabının müəllifi, 
2015-ci ildə Ən yaxşı təqdimat layihəsinin qalibi. 
2016-ci ildə Təhsil nazirliyi tərəfindən keçirilən Ustad müəllim müsabiqəsinin qalibi.
2022-ci ildə İbtidai sinif müəllimlərinə kömək kitabının müəllifi.
2023-cü ildə Bərdə rayonu Ə.Dadaşov adına Xanagalı kənd tam orta məktəbin direktoru.
2023-cu ildə İbtidai təlimdə motivasiya  kitabının müəllifi 

2024-cü ildən də E.Əsədov adına Turkmən kənd tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın