

E-mail: turkdunyasi.az@mail.ru
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi haqqında ŞOK iddia:-Keyfiyyətsiz tədris və ödənilməyən təqaüdlər

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində dərslər Sentyabrdan başlasa da bu günə kimi heç bir tələbə təqaüdünü almayıb.Eyni zamanda məlumata görə adıçəkilən təhsil müəssisəsində müəllimlərin dərsə davamiyyəti bərbad vəziyyətdədir.Belə ki, həftənin bir neçə günündə ayrı -ayrı fənləri tədris edən müəllimlər dərsə gəlmədiyi, yaxud tədris prosesinə qoşulmadığı üçün tələbələr vaxtından əvvəl təhsil ocağından evə buraxılır. Bir neçə il əvvəl qeyd olunan mərkəzin direktoru Zaur Muradov idi və həmin dövrdə belə hallara yol verilməzdi. Ancaq çox təəssüf hissi ilə qeyd edirik ki, mərkəzə yeni direktor Cəlil Bağırov təyin olunduqdan sonra bu təhsil ocağının zayı çıxdı. Hörmətli Cəlil müəllimin savad və istedadına qətiyyən şübhəmiz yoxdur, amma etiraf edək ki, gənc direktorun idarəetmə fəaliyyəti yox dərəcəsindədir. Məsələ burasındadır ki, məktəbin bəzi pedaqoji kollektiv üzvləri direktoru saya salmır, dərsə davamiyyəti qanuna müvafiq formada yerinə yetirmir.
Sözümüz informasiya olaraq bizə müraciət edən valideynlərədir. Sizin susmağınız,öz haqqınızı tələb edə bilməməyiniz övladlarınızın savadsız olmağına səbəb olacaq. Əgər hər-hansı haqqınızı tələb edə bilmirsinizsə onda sizin normal, hər şeyin qaydasında olduğu cəmiyyətdə yaşamağa haqqınız çatmır. Qorxaq adamla döyüşə girməzlər. Bir də ki,qorxaq adam həm də satqın olur. Məsələ diqqətimizdədir bəzi araşdırmalar apardıqdan sonra yenidən mövzuya qayıdacağıq.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: //Simalregion.az//



