22 
noy
2025
20:33
124

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

"Lake Hotel" intim görüşlər üçün istifadə olunurmuş - FOTO

22 noy, 2025
20:33
9124

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakıda "Lake Hotel"in 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb. 

Turkdunyasi.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, "Lake Hotel" əsasən intim görüşlər üçün istifadə olunurmuş.

"Lake Hotel"i tanımayan yoxdur, ora gedənlərin əksəriyyəti intim görüşlər üçün gedirdi. Xüsusi şərait yaradılmışdı, maşınla birbaşa qaraja daxil olub otağa keçmək mümkün idi", - deyə adının çəkilməsini istəməyən şəxs bildirib.
Qeyd edək ki, "Lake Hotel"in 4 əməkdaşının faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi açılıb, hazırda istintaq aparılır. Hadisə şahidlərinin sözlərinə görə, hotelin arxa həyətində tikinti gedirmiş. Metal qurğu da orada olub. Hotelin şüşələri silinməli idi, ona görə ofisantlar həmin qurğunu gətirmək istəyiblər. Ərazidən keçəndə qurğu yüksəkgərginlikli elektrik naqilinə toxunub və 4 gəncin ölümünə səbəb olan faciə baş verib. 

Bizimlə əlaqə saxlayın