22 
noy
2025
22:10
27

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı narazılıqlar sakinlər nəzarətin gücləndirilməsini tələb edir

22 noy, 2025
22:10
827

Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı narazılıqlar  sakinlər nəzarətin gücləndirilməsini tələb edir

Zar kəndindəki tikinti işləri əvvəllər “Amazon” şirkətinin podratçılığı ilə həyata keçirilirdi. Lakin aşkarlanan müəyyən nöqsanlara görə şirkətin bir sıra məsul şəxsləri işdən azad edilib. Hazırda tikinti işlərinə Qaçqınkom birbaşa nəzarət edir, şirkət isə müqaviləyə əsasən yalnız material təminatı ilə məşğul olur.

Turkdunyasi.az-ın "Votsap" nömrəsinə göndərilən şikayəti olduğu kimi təqdim edirik. Nəzarətin Qaçqınkom tərəfindən aparıldığı hazırkı mərhələdə belə bəzi nöqsanların davam etməsi sakinlər arasında əlavə narazılıq yaradıb.

Sakinlər bildirirlər ki, bəzi evlərin tikintisində peşəkar ustalar əvəzinə sıravi fəhlələrin çalışması və prosesə nəzarətin kifayət qədər güclü olmaması müəyyən suallar yaradır.

Layihə üçün 120 milyon manat vəsait ayrılıb. Bu səbəbdən tikinti işlərinin daha yüksək standartlarla aparılması gözləntisi mövcuddur.

Aidiyyəti qurumlara müraciət olunur ki, tikinti prosesinə nəzarət gücləndirilsin, keyfiyyətlə bağlı iddialar araşdırılsın və ehtiyac varsa, əlavə tədbirlər görülsün.

Zar kəndi “Böyük Qayıdış” layihəsinin mühüm hissəsidir. Sakinlər hesab edirlər ki, görülən işlər həm keyfiyyət, həm də şəffaflıq baxımından davamlı olaraq nəzarətdə saxlanmalıdır.

Hazırkı vəziyyətlə bağlı çəkilmiş video-faktlar da materiala əlavə olunur.

Səxavət Kəlbəcərli


Bizimlə əlaqə saxlayın