

E-mail: turkdunyasi.az@mail.ru
Vətəndaş müraciəti öz müsbət həllini tapdı -Foto

Vətəndaş müraciəti öz müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən yerlərdə keçirilən səyyar vətəndaş qəbullarında səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Turkdunyasi.az xəbər verir ki, rayonun Xanabad kəndində keçirilən növbəti səyyar vətəndaş qəbulu zamanı kənd sakini Məmmədov Umudvar Sərkar oğlu müraciət edərək ona məxsus fərdi yaşayış evinin kənarından keçən suvarma arxının qazılaraq təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Şəhər İcra Hakimiyyəti Başçısının tapşırıq və tövsiyələrinə əsasən Ərəbbəsrə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik, Aşağı Bucaq bələdiyyəsi və Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən texnika cəlb edilməklə qeyd olunan suvarma arxı qazılaraq lil və çöküntülərdən təmizlənmiş,su ötürücülük qabiliyyəti artırılmışdır.
Umudvar Məmmədov müraciətinə həssas yanaşılmasına görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.






