27 
noy
2025
01:24
46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bu yaşadək uşaqlar üçün 140 manat verilir - Qaydası

27 noy, 2025
01:24
746


Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 140 manat məbləğində müavinət verilir.

Turkdunyasi.az Milli.az-a istinadən xəbər verir ki, mavinət proaktiv qaydada uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə müavinətin ödənişi dayandırılır.
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bizimlə əlaqə saxlayın