30 
noy
2025
09:48
106

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Əli Kərimlinin köməkçisi sərbəst buraxıldı

30 noy, 2025
09:48
7106


AXCP sədri Əli Kərimlinin köməkçisi kimi tanınan və “Matros Faiq” ləqəbi ilə məşhur olan Faiq Əmirli də “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılıb.

Turkdunyasi.az Musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, ölkədə Mehdiyevin yaratdığı iddia olunan “Dövlət Şurası” şəbəkəsi üzrə aparılan istintaq tədbirləri genişləndirilir və bu proses müxalifət düşərgəsinə də sirayət edir.
“Ramiz Mehdiyev işi” üzrə aparılan istintaqda Mehdiyevin ölkədə siyasi sistemi dəyişdirməyə, 50 nəfərlik “Dövlət Şurası” formalaşdırmağa cəhd göstərdiyi, bu strukturda həm iqtidar, həm də müxalifət daxilindən bir sıra şəxslərin adı hallandığı bildirilir.
***
Bu gün saxlanılan AXCP sədrinin köməkçisi Faiq Amirli və Ruslan Əmirov sərbəst buraxılıb.
Bu barədə AXCP fəalları məlumat yayıb.

Bizimlə əlaqə saxlayın