30 
noy
2025
19:25
112

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şəhid Elmir Hüseynovun "Əfsanəyə döndülər" adlı kitabı işıq üzü görüb-Foto

30 noy, 2025
19:25
7112

Sevda İbrahimlinin müəllifi olduğu "Əfsanəyə Döndülər" adlı kitabında Salyan Ryon Qaraçala qəsəbəsindən olan qəhrəman şəhidimiz Elmir Abdul oğlu Hüseynovun döyüş yolu haqqında xüsusi məqalə dərc olunub. Sevda İbrahimlinin müəllifi: olduğu kitab şəhidimizin ailəsinə təqdim olunub. "Turkdunyasi".az həmin kitabı təqdim edir..

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elmir Abdul oğlu Hüseynov 21 iyul 2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Elmir Hüseynov həmin ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində sıravi əsgər olaraq xidmət etməyə başlayıb. O, 2022-ci ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində  Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat zamanı 15 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elmir Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Bizimlə əlaqə saxlayın