dek
2025
00:11
119

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Namidə İsayeva – Media və Tibb sektorunun etibarlı körpüsü

4 dek, 2025
00:11
9119

Namidə İsayeva media və tibb sektorunun kəsişməsində öz dürüstlüyü, məsuliyyəti və peşəkarlığı ilə seçilən dəyərli mütəxəssislərdən biridir.

O, uzun illər ərzində formalaşdırdığı geniş təcrübəsi, insanlarla ünsiyyətdə göstərdiyi xüsusi diqqət və media nümayəndələrinə qarşı səmimi, operativ münasibəti ilə tanınır.
Namidə xanım əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlasa da, daha sonra sağlamlıq turizmi sahəsində çalışmağa başlayaraq yeni bir istiqamətdə özünü təsdiqləyib. Onun media sahəsindəki fəaliyyəti isə xüsusilə nəzərəçarpandır:
2019-cu ildən “Lider TV”də “Həkimim” verilişinin aparıcısı və layihə rəhbəri,
Sonra “Xəzər FM”də yayımlanan “Radio Doktor” verilişinin rəhbəri,
Ardınca ARB TV-də yayımlanan “Yeni mən” layihəsinin aparıcısı,
Daha sonra Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri,
Və TƏBİB ailəsində müxtəlif istiqamətlərdə ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət…
Bütün bu mərhələlər onun həm media, həm də səhiyyə sahəsində yüksək etimad qazandığını sübut edir.
Hal-hazırda Namidə İsayeva “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri və Mətbuat katibi olaraq fəaliyyət göstərir. Bu vəzifədə o, mərkəzin cəmiyyətlə əlaqələrinin düzgün və şəffaf şəkildə qurulmasına, media ilə işin yüksək səviyyədə təşkilinə böyük həssaslıq və məsuliyyətlə yanaşır.
Xüsusilə qeyd etmək lazımdır ki, Namidə xanım jurnalistlərə münasibətdə hər zaman: diqqətcil, çevik, məsuliyyətli, əməkdaşlığa açıq və dəstəkləyici mövqeyi ilə tanınır.
Onun peşəkar ünsiyyət bacarığı, informasiyanın düzgün və vaxtında təqdim olunmasına göstərdiyi diqqət, media nümayəndələrinə qarşı səmimi yanaşması təqdirəlayiqdir.
Bu səbəbdən də media sahəsində çalışanlar tərəfindən dəyər verilən, hörmət olunan adlardan biri olması təsadüfi deyil.
Namidə xanım, ictimaiyyətlə əlaqələr sahəsində ortaya qoyduğunuz nümunəvi fəaliyyətə, media əməkdaşlarına göstərdiyiniz dəstəyə və peşəkar yanaşmanıza görə Sizə təşəkkür edirik!
Sizin kimi məsuliyyətli, savadlı və etik davranışı ilə seçilən mütəxəssislər cəmiyyətə dəyər qatır.

Bizimlə əlaqə saxlayın