dek
2025
23:27
106

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Anar Tağıyev növbəti vətəndaş qəbulu keçirib-Foto

4 dek, 2025
23:27
8106

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların mövcud problemlərini yerindəcə öyrənilməsi və həlli istiqamətdə müvafiq tədbirlərin görülməsi məqsədilə rayonun Varvara kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Turkdunyasi.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ŞİH Başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən sakinlərin müxtəlif mövzularda təklif, müraciət və şikayətləri həsaslıqla dinlənilmişdir. Şəhər rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən müraciətlərdə səsləndirilən məsələlərin bir hissəsi yerində həllini tapmış, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.

Bizimlə əlaqə saxlayın