E-mail: [email protected]
Azərbaycan idmançıları Ukrayna qaçqınlarına görə İrlandiyaya gedə bilməyəcək
Ukraynadakı müharibəyə görə kikboksinq üzrə yeniyetmə və gənclərin dünya çempionatı İrlandiyanın paytaxtı Dublində keçirilməyəcək.
turkdunyasi.az-ın xəbərinə görə, 16-25 sentyabr tarixlərində baş tutmalı olan yarışa mane olan səbəb dünya çempionatının keçirilməli olduğu “Citywest Hotel”in Ukraynadan qaçqınları məskunlaşdırma ilə bağlı qəbul etməsidir.
Bu səbəbdən WAKO (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) İdarə Heyəti təcili iclas keçirərək yarışın İtaliyanın Yezolo kurort şəhərində baş tutacağını açıqlayıb. Ötən ilin sonlarında böyüklərin dünya çempionatına ev sahibliyi etmiş bu şəhərdə yarış 30 sentyabr – 9 oktyabr tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, bu yarışda Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi də çıxış edəcək.
Səbuhi Musa