

E-mail: turkdunyasi.az@mail.ru
Azərbaycanın diaspor nümayəndələri saxlanıldı

Rusiyanın xüsusitəyinatlı polis dəstəsi (SOBR) əməkdaşları Voronejdəki Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçiriblər.
Turkdunyasi.az xəbər verir ki, bu barədə "Dva Mayora" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən Niyaz Zahidov adlı şəxs saxlanılıb.
Bildirilir ki, Zahidov Voronej bölgəsindəki azərbaycanlılar arasında "avtoritet" kimi tanınır və yerli "Alekseevski bazarı"na nəzarət edir. O, polis bölməsinə aparılaraq Rusiya pasportu müsadirə edilib və qanunsuz miqrantlar üçün saxlama mərkəzinə göndərilib.
Qeyd olunur ki, 2005-ci ildə Voronej məhkəməsi Zahidovu qətlə görə səkkiz il həbs cəzasına məhkum edib. O, cəzasını Azərbaycanda çəkib. Azadlığa çıxdıqdan sonra "avtoritet" Rusiyaya qayıdıb. O, 2019-cu ildə Rusiya pasportu alıb.



