29 
dek
2025
23:03
19

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “2025-ci ilin yekunu və 2026-cı ildə qarşıda duran məsələlər”-lə bağlı hesabat xarakterli tədbir keçirilib.

29 dek, 2025
23:03
819

2025-ci il 29 dekabr tarixində İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “2025-ci ilin yekunu və 2026-cı ildə  qarşıda duran məsələlər”-lə bağlı hesabat xarakterli tədbir keçirilib.

Turkdunyasi.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin  rəisi Anar Alızadə rəhbər heyətini və əməkdaşları salamlayaraq hesabat haqqında geniş məlumat verib. O, öz çıxışında 2025-ci il üzrə İdarənin fəaliyyəti haqqında statistik məlumatları kollektivin diqqətinə çatdırıb. İdarə rəhbəri məlumatlara əsasən bəzi sahələrdə ümumi olan çatışmazlıqları və görülən işlərdəki irəliləyişləri nəzərə çatdıraraq 2026-cı il fəaliyyət proqramında xüsusən diqqət yetirilməli olan faktları vurğulayıb. Bildirilib ki, qarşıdakı dövrdə sahələr üzrə bilik və bacarıqların təkmilləşdirilməsi həmçinin vətəndaşların, abonentlərin məmnunluğunun artırılması əsas prioritetlərdən biri olmalıdır.
Həmçinin İdarə rəisi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibətilə İdarə kollektivini təbrik edib, onlara sağlamlıq, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə söz alan İrriqasiya şöbəsinin sahə rəisi Elşad Mirzəyev rəhbər heyətə, əməkdaşlara can sağlığı , gələcək planlarında, iş həyatında daima yüksəlməyi arzulayıb. 
Tədbir zamanı  2025-ci il fəaliyyətlərində fərqlənən əməkdaşlara İdarə rəhbəri tərəfindən təşəkkürnamə təqdim edilib.
Daha sonra rəhbər heyət və əməkdaşlarda İdarə rəisinə təşəkkürünü bildirərək, göstərilən diqqətə və verilən dəyərə görə öz minnətdarlıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın